Messi zədələndi - Növbəti iki oyununu buraxacaq

saytların hazırlanması

Evə çatdırılma

Messi zədələndi - Növbəti iki oyununu buraxacaq

İdman

22 Mart 2024 17:24 1041


ABŞ-nin “İnter Mayami” klubunun futbolçusu Lionel Messi MLS-in növbəti iki oyununu buraxacaq. 

Yenisabah.az-ın məlumatına görə, buna səbəb 36 yaşlı argentinalı hücumçunun zədədən əziyyət çəkməsidir. 

Kapitan bud nahiyəsindən aldığı xəsarət ucbatından “Nyu York Red Bullz” (23 mart) və “Nyu York Siti” (31 mart) ilə görüşdə komandasına kömək edə bilməyəcək. Messi Argentina millisinin qarşıdakı yoldaşlıq matçlarını da buraxmalı olacaq.  pizza

Onun KONKAKAF Çempionlar Kuboku çərçivəsində aprelin 3-də “Monterrey”lə (Meksika) keçiriləcək matçda iştirakı planlaşdırılır. 

Qeyd edək ki, Lionel Messi bu mövsüm “İnter Mayami”nin heyətində 5 oyunda 5 qol vurub, 2 məhsuldar ötürmə verib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!