"İnter Mayami"nn futbolçusu Lionel Messinin formalarının satışı 2023-cü ildə bir çox Avropa klublarının formala satışını üstələyib.
Yenisabah.az xəbər verir ki, bu barədə "Mirror" məlumat yayıb. Messinin transferindən sonra "Adidas" ABŞ klubundan 500 min ədəd forma sifarişi alıb. Bu o deməkdir ki, onlar “Mançester Yunayted”, “Real”, “Bavariya” və “Arsenal” kimi klubların formalarından daha sürətli satılıblar.
Həmçinin bildirilir ki, Messinin formalarının bu qədər populyar olduğu məlum olduqdan sonra klub 3-cü formanı buraxmaq üçün xüsusi icazə alıb. Ona görə də "Adidas" "Los Anceles" və "Los Anceles Qelaksi" ilə yanaşı, "İnter Mayami"nin də 3-cü formasını istehsal etməyi planlaşdırır. pizza sifarişi
"Los Anceles" və "Los Anceles Qelaksi" bu imtiyazı MLS-dən ötən mövsüm 100 mindən çox forma satdıqdan sonra alıb.
Telegram kanalımız