Messi 11 oyundan sonra ilk dəfə qol vura bilmədi

saytların hazırlanması

Evə çatdırılma

Messi 11 oyundan sonra ilk dəfə qol vura bilmədi

İdman

12 May 2024 12:33 1012


Məşhur futbolçu Lionel Messinin də formasını geyindiyi "İnter Mayami" MLS-də növbəti oyununa çıxıb. 

Yenisabah.az xəbər verir ki, komanda “Monreal İmpakt”la qarşılaşıb. Görüş Kanadanın Monreal şəhərindəki Saputo stadionunda  keçirilib. Matç "İnter Mayami"nin 3:2 hesablı qələbəsi ilə başa çatıb. 

Argentinalı hücumçu, “İnter Mayami”nin kapitanı Lionel Messi start heyətdə meydana çıxıb və sonadək oynayıb. O, bu oyunda fərqlənə bilməyib. Beləliklə, Messi 11 oyunluq qol seriyasına son qoyulub. Əvvəlki 11 görüşün hər birində Messi qol vurub və ya məhsuldar ötürmə edib.  Pepperoni pizza

Hazırda "İnter Mayami" 13 matçdan sonra 27 xalla MLS turnir cədvəlində birinci yerdədir. 12 xalı olan “Monreal İmpakt” cədvəlinin 20-ci pilləsində yerləşir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!