Messinin “Barselona”dakı taleyinə aydınlıq gəldi

saytların hazırlanması

Evə çatdırılma

Messinin “Barselona”dakı taleyinə aydınlıq gəldi

İdman

08 Fevral 2020 07:55 1301


“Barselona”nın (İspaniya) hücumçusu Lionel Messinin klubdakı taleyinə aydınlıq gəlib. 

“Yeni Sabah” xəbər verir ki, argentinalı futbolçu klubun idman direktoru Erik Abidalla aralarında yaranmış problemə baxmayaraq, Kataloniya təmsilçisində qalacaq. “Barselona”nın prezidenti Jozep Bartomeunun tərəflərlə ayrı-ayrılıqda keçirdiyi görüşdən sonra Messi – Abidal gərginliyi az da olsa, səngiyib. 

Qeyd edək ki, xarici mediada Messinin yayda İngiltərənin “Mançester Siti” klubuna keçə biləcəyi ilə bağlı xəbərlər yayılıb. pizza mizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!