Messinin forması hərracda 400 min avroya satıldı

saytların hazırlanması

Evə çatdırılma

Messinin forması hərracda 400 min avroya satıldı

İdman

03 May 2022 15:12 370


Fransanın PSJ klubunun futbolçusu Lionel Messinin karyerasında 500-cü qolunu vurarkən geyindiyi forma hərracda satılıb.

Yenisabah.az xəbər verir ki, adı açıqlanmayan alıcı geyim dəsti üçün təqribən 400 000 avro ödəyib.

35 yaşlı hücumçu yubiley qoluna 2017-ci ilin aprelində - İspaniya "Barselona"sında çıxış edərkən imza atıb. Argentinalı forvard "Real Madrid"i 3:2 hesabı ilə məğlub etdikləri La Liqa matçında fərqlənib. Həmin qarşılaşmada dubl edən ulduz futbolçunun ikinci qolu 500-cü olub. Marqarita pizza

Messi qoldan sonra formasını çıxararaq, Madrid azarkeşlərinə nümayiş etdirib.

Qeyd edək ki, Lionel Messi 2021-ci ilin yayında "Barselona"nı PSJ-yə dəyişib./Report 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!