MLS liqada çıxış edən bütün futbolçuların maaşları ilə bağlı məlumatları açıqlayıb.
Yenisabah.az xəbər verir ki, MLS-də ən çox maaş alan oyunçu “İnter Mayami”nin hücumçusu Lionel Messidir, O, ildə 12 milyon dollar qazanır (20,4 milyon dollar zəmanətli təzminatla).
Həmçinin ən yüksək maaş alan üç futbolçu arasında argentinalı komanda yoldaşı Serxio Busquets də var - 8,5 milyon (8,7 milyon). Üçüncü yeri “Toronto”nun yarımmüdafiəçisi Lorenzo İnsinye tutur – 7,5 milyon (15,4 milyon). Dördpendirli pizza
Zəmanətli təzminat oyunçunun maaşını və müqavilə müddətində hesablana biləcək hər hansı bonusları özündə cəmləşdirən məbləğdir.
Messi 2023-cü ilin yayından "İnter Mayami"də çıxış edir. Bu mövsüm 36 yaşlı hücumçu bütün turnirlərdə 12 oyuna çıxıb, 12 qol vurub və 11 qolun ötürməsini verib.
Telegram kanalımız