Messinin klubu məğlub oldu

saytların hazırlanması

Evə çatdırılma

Messinin klubu məğlub oldu

İdman

10 Noyabr 2024 15:05 906


"İnter Mayami" və "Atlanta Yunayted" arasında MLS-də 1/8 final mərhələsinin üçüncü pley-off oyunu keçirilib.

Yenisabah.az xəbər verir ki, qonaqlar Mayamidə 3:2 hesabı ilə qalib gəliblər.

Argentinalı hücumçu Lionel Messi 65-ci dəqiqədə başla qol vuraraq hesabı 2:2 edib. Bu, onun karyerasındakı 850-ci qol olub. pizza hut

Məğlubiyyətdən sonra "İnter Mayami" MLS-də mübarizəni dayandırıb. "Atlanta Yunayted" isə 1/4 finala yüksəlib.

Xatırladaq ki, ilk oyunda "İnter Mayami", ikinci matçda isə "Atlanta Yunayted" eyni hesabla (2:1) qalib gəlib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!