Messinin komandası ABŞ çempionu oldu 

saytların hazırlanması

Evə çatdırılma

Messinin komandası ABŞ çempionu oldu 

İdman

03 Oktyabr 2024 11:06 710


ABŞ-da MLS müntəzəm çempionatının qalibi bəlli olub. 

Yenisabah.az xəbər verir ki, "İnter Mayami" çempionluğunu rəsmiləşdirib. 

Lionel Meesinin komandası 32-ci turda səfərd ən yaxın izləyicisi "Kolumbus Kryu"ya qalib gələrək (3:2) buna nail olub. Oyunda Messi dubla (45, 45+5) imza atıb. "İnter Mayami"nin digər qolunu isə Luis Suares (48) vurub. "Kolumbus Kryu"dan Dieqo Rossi (46) və Kuço Ernandes (61) fərqlənib.  pizza mizza

Bu qələbədən sonra xallarının sayını 68-ə çatdıran "İnter Mayami" mövsümün bitməsinə 2 tur qalmış ABŞ çempionu olub. 

Qeyd edək ki, "İnter Mayami"də Messi və Suaresdən başqa, onların "Barselona"dakı sabiq komanda yoldaşları Serxio Busketslə Jordi Alba da çıxış edir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!