Messinin qonşusu: “Evimin qiyməti 25 milyon dollar artıb”

saytların hazırlanması

Evə çatdırılma

Messinin qonşusu: “Evimin qiyməti 25 milyon dollar artıb”

İdman

07 Yanvar 2024 17:48 841


"İnter Mayami"nin və Argentina millisinin hücumçusu Lionel Messinin qonşusu Patrik Bet-David maraqlı açıqlama verib. 

Yenisabah.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, o, Messiylə qonşu olduqdan sonra evinin qiymətinin iki dəfə artdığını söyləyib. Onlar Mayamidə Fort-Loderdeyl kurort şəhərinin sahilində qonşudurlar. 

“Mən evimi 20 milyon dollara almışam. Messi gələndən sonra isə ev 45 milyon dollar dəyərində olub. Beləliklə, kapitalımı 25 milyon dollar artırmışam. Messi bu rayona köçdükdən sonra hamı burada yaşamaq istəyir. Bura tək girişi olan hasarlanmış ərazidir. Bu, çox təhlükəsiz və qorunan ərazidir. İndi Messi buradadır. İnsanlar onu görmək ümidi ilə qayıqlarla bura gəlirlər” - deyə o qeyd edib.  pizza hut

Xatırladaq ki, Messi 2023-cü ilin yayında azad agent kimi “İnter Mayami”yə keçib. Bu müddət ərzində hücumçu bütün turnirlərdə 14 matçda iştirak edib, 11 qol vurub və 5 məhsuldar ötürmə edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!