"Sportinq Kansas Siti" MLS-də "İnter Mayami"yə qarşı matçını daha böyük arenada keçirəcək.
Yenisabah.az klubun saytına istinadən xəbər verir ki, buna səbəb azarkeşlərin "İnter Mayami"nin hücumçusu Lionel Messiyə inanılmaz dərəcədə maraq göstərməsidir.
"Sportinq Kanzas Siti"nin prezidenti Ceyk Ridin sözlərinə görə, "İnter Mayami" ilə matç görünməmiş maraq doğurub. Klubun ev stadionu 18 min tamaşaçı tutumuna malikdir. Klub oyunu "Kanzas Siti Şefs" komandasının evi stadionu olan "Arroved Stadium"da keçirməyi qərara alıb. Arena 76 min tamaşaçı tutumuna malikdir. pizza sifarişi
Xatırladaq ki, komandalar arasında görüş aprelin 14-də keçiriləcək.
Telegram kanalımız