“Messiyə hamıdan çox mən kömək edirdim”   – Ardadan maraqlı etiraf

saytların hazırlanması

Evə çatdırılma

“Messiyə hamıdan çox mən kömək edirdim” – Ardadan maraqlı etiraf

İdman

09 May 2020 10:06 1112


Türkiyə millisinin sabiq futbolçusu Arda Turan “Barselona”ya keçidi ilə bağlı maraqlı açıqlamalar verib.

Yenisabah.az verir ki, o, “Marca”ya müsahibəsində deyib:

“Agentim “Barselona”ya keçəcəyim barədə mənə heç nə deməmişdi. O bildirmişdi ki, transfer razılaşdırıldıqdan 15 gün sonra bu haqda mənə məlumat veriləcək. Mən düşünürdüm ki, “Bavariya”ya keçirəm. Çünki bir il əvvəl “Mançester Yunayted”ə transferim məhz bu səbəbdən son dəqiqədə pozulmuşdu. Pepperoni pizza

Sənəd agentimin çantasından düşəndə “Barselona”nın loqotipini gördüm. Buna inanmağım gəlmirdi. “Barselona”nı tərk edəndə çox təəssüflənmişdim. Valverde mənə çox oyun vaxtı vermirdi. Halbuki meydanda Messi və Suaresə hamıdan çox kömək edirdim”.

Xatırladaq ki Arda 2015-ci ilin yayında “Atletiko”dan “Barselona”ya transfer olunub. Onun qeydiyyatı isə yalnız 2016-cı ilin qışında qeydiyyata alınıb. (Qol.az)

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!