Məsud Pezeşkian yenə şeir oxudu, “duman” sözünü tərcümə edə bilmədi - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Məsud Pezeşkian yenə şeir oxudu, “duman” sözünü tərcümə edə bilmədi - VİDEO

Dünya

30 May 2025 10:42 597


İran prezidenti Məsud Pezeşkian Omanda rəsmi səfərdə olarkən bu ölkədə yaşayan iranlılarla görüş keçirib.

Yenisabah.az xəbər verir ki, həmin görüşdə o, ustad Məhəmməd Hüseyn Şəhriyarın şeirini oxuyub.

Heydərbaba, göylər bütün dumandı, Pepperoni pizza

Günlərimiz bir-birindən yamandı,

Bir-birizdən ayrılmayın, amandı,

Yaxşılığı əlimizdən alıblar,

Yaxşı bizi yaman günə salıblar!

Azərbaycan türkcəsi ilə oxunan şeiri fars dilinə çevirərkən Məsud Pezeşkian çətinlik çəkib.

İran prezidenti “duman” sözünün mənasını tapmaq üçün zalda toplaşan şəxslərdən kömək istəyib. Sonda bu türk sözünə fars dilində uyğun bir qarşılıq tapılmayıb.

Əziz Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!