İran prezidenti xarici ölkələrə səfir təyin olunan bir qrup şəxsi qəbul edib.
Yenisabah.az IRNA-ya istinadla xəbər verir ki, Çin, Kot D`Vuar, Meksika, Kuba və Uruqvayda səlahiyyətlərini həyata keçirəcək altılıq arasında Azərbaycandakı diplomatik nümayəndəliyə rəhbər təyin olunan Müctəba Dəmirçilu da olub.
Məsud Pezeşkian onlara xeyir-dua verib: pizza sifarişi
"Siz səfirlər İslam Respublikasının dünya ilə qarşılıqlı əlaqələrini genişləndirməkdə ön sıralardasınız. Çin və İran münasibətlərini və əməkdaşlığını genişləndirmək üçün çox yaxşı imkanlara malikdir və mənim bu ölkəyə son səfərimdən sonra Azərbaycan Respublikası ilə əlaqələr də müsbət sıçrayış göstərib".
Xatırladaq ki, Müctəba Dəmirçilu bundan əvvəl İran XİN-də Rusiya ilə əlaqələr idarəsinin və Birinci Avrasiya İdarəsinin rəisi, nazir köməkçisi və Xəzər Dənizi Katibliyinin rəisi vəzifələrində çalışıb. O, bundan əvvəl də İranın Gürcüstan və Qazaxıstandakı səfiri vəzifələrində çalışıb.
57 yaşlı Müctəba Dəmirçilu əslən İranın Qəzvin əyalətindən, Kələncin qəsəbəsindəndir. O, beynəlxalq hüquq üzrə magistr və strateji idarəetmə üzrə fəlsəfə doktoru dərəcəsinə malikdir. O, fars və ingilis dillərində beynəlxalq hüquq, Xəzər dənizi, keçmiş sovet respublikaları və idarəetmə mövzusunda bir sıra məqalələrin müəllifidir.
Bundan başqa, bəzi magistr və doktorluq dissertasiyalarının elmi rəhbəri və rəyçisidir. O, bir neçə beynəlxalq konfransın katibi, daxili və beynəlxalq konfranslarda xarici siyasət sahəsində məqalə və məruzələrlə çıxış edib, bir neçə tədris mərkəzlərinin elmi şurasının üzvüdür.
Əziz Rzazadə
Telegram kanalımız