Məsud Pezeşkiana qəsd: Toplantı yerinin bombalanması anı – VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Məsud Pezeşkiana qəsd: Toplantı yerinin bombalanması anı – VİDEO

Dünya

13 İyul 2025 17:43 7214


İranın təhlükəsizlik orqanları Məsud Pezeşkianın iştirak etdiyi toplantı yerinin bombalanması ilə bağlı araşdırmaya başlayıb.

Yenisabah.az noornews-a istinadla xəbər verir ki, İran kəşfiyyatı ölkədə hələ də fövqəladə vəziyyətin hökm sürdüyünü və düşmənin hələ də mühüm mərkəzlərə və yüksək vəzifəli şəxslərə qəsd təşkil etmə niyyətini nəzərə alıb.

Bundan başqa, xüsusən, rəsmi şəxslərin toplaşdığı ərazilərdə təhlükəsizlik nəzarətinin artırılması qərara alınıb. Toyuqlu pizza

“Noornews” araşdırmanı Kəfiyyat Nazirliyi (“Ettelaat”), yaxud “Sepah”ın Kəşfiyyat Təşkiltının apardığını dəqiqləşdirməyib. Lakin məchul təhlükəsizlik orqanının informasiyanın sızma mənbəyini tapmaq istədiyi anlaşılır.

Xatırladaq ki, İran prezidenti Məsud Pezeşkian iyunun 16-da İsrailin hücumu nəticəsində ayağından yüngül xəsarət alıb.

Bu barədı bu gün məlumat yayan “Farsnews” yazıb ki, aviazərbələr səhər tezdən, Ali Milli Təhlükəsizlik Şurasının hökumətin üç qolunun başçıları və digər yüksək vəzifəli şəxslərlə Tehranın qərbində yerləşən bunkerdə keçirilən iclası zamanı baş verib.

İran mediası hücumun “şəhid Seyid Həsən Nəsrullahın qətlindən” modelləşdiyini bildirib.

Agentlik xüsusilə, İsrail qüvvələrinin təxliyyə yollarını bağlamaq və hava axınını kəsmək üçün binanın giriş və çıxışlarına 6 betondeşici bomba atdığını qeyd edib.

Partlayışlardan sonra bunkerin elektrik enerjisi kəsilib, lakin məmurlar əvvəlcədən hazırlanmış qəza lyuku vasitəsilə oradan çıxa biliblər. Bəzi məmurlar, o cümlədən Məsud Pezeşkian tikilidən çıxarkən ayağından yüngül xəsarət alıb.

“Farsnews” yazır ki, düşmənin bu hücumla bağlı məlumatının dəqiqliyi nəzərə alınaraq, hazırda məlumat sızdırıcı şəxsin kimliyi araşdırılır.

Daha bir xatırlatma: Məsud Pezeşkianın İsrailin onun canına qəsd etdiyini son çıxışlarının birində etiraf edib. Lakin o, hadisənin tarixini və məkanını dəqiqləşdirməyib.

Əziz Rzazadə

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!