Məsut Özil “Fənərbaxça“ya keçir?   - AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Məsut Özil “Fənərbaxça“ya keçir? - AÇIQLAMA

İdman

15 Yanvar 2021 16:16 961


“Arsenal”ın baş məşqçisi Mikel Arteta futbolçusu Məsut Özilin “Fənərbaxça” ilə razılaşdığı barədə yayılan xəbərlərə münasibət bildirib.

Yenisabah.az xəbər verir ki, 38 yaşlı mütəxəssis 32 yaşlı yarımmüdafiəçinin keçidi üçün İsanbul təmsilçisi ilə danışıqlar apardıqlarını deyib:

“Məsutun “Arsenal”dan ayrılmağa nə qədər yaxın olduğunu bilmirəm. Amma texniki direktorumuzla “Fənərbaxça” arasında  danışıqlar gedir. Lakin hələ ortada konkret bir şey yoxdur”. Dominos pizza

Qeyd edək ki, Özil mövsümün əvvəlində “Arsenal”ın Premyer Liqa və Avropa Liqası üçün sifariş ərizəsinə daxil edilməmişdi. Onun “topçular”la hazırkı müqaviləsinin müddəti 2021-ci ilin yayına qədərdir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!