Mesut Özil İslam dünyasına müraciət edib:   “Onları susmağa məcbur etməliyik“

saytların hazırlanması

Evə çatdırılma

Mesut Özil İslam dünyasına müraciət edib: “Onları susmağa məcbur etməliyik“

İdman

21 Noyabr 2020 09:24 1234


Türk mənşəli alman futbolçusu Mesut Özil İslam dünyasını "islamofobiyanı mehribanlıqla silahsızlaşdırmağa" çağırıb.

Yenisabah.az xəbər verir ki, futbolçu bu barədə özünün tvitterdəki hesabında yazıb.

O, mikrobloqunda Qurandan sitat gətirib: "Xeyir və şər bərabər ola bilməz. Şərə ən yaxşı ilə cavab verin, onda sizinlə düşmən olan yaxın dost kimi olacaq". pizza hut

"Təəssüf ki, Avropada, dünyanın başqa yerlərində islamofobiya artır və KİV bunda böyük rol oynayır", - London "Arsenal"ının yarımmüdafiəçisi sosial şəbəkədə yazıb.

"Mənim buna şəxsi cavabım: biz islamofobiyaya və anti-islamizmə belə reaksiya verməliyik - onları gücləndirməmək və silahsızlaşdırmaq üçün mehribancasına susmağa məcbur etməliyik", - 31 yaşlı futbolçu fikirlərini yekunlaşdırıb.

Özil İngiltərə Premyer Liqasının "Arsenal" klubuna 2013-cü ildə keçib. O, "topçular"ın heyətində 254 oyunda 44 qol vurub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!