Türkiyənin "Fənərbaxça" klubu yeni transferi Mesut Özillə 3,5 illik müqavilə bağlayıb.
Yenisabah.az xəbər verir ki, bu barədə klubun rəsmi saytına məlumat yayıb.
Məlumata görə, türk əsilli alman hücumameylli yarımmüdafiəçi sözləşməyə imza atdıqdan sonra məşqə çıxıb. Sezar pizza
33 yaşlı oyunçunun keçidi "sarı-lacivərdlilər"ə havayı başa gəlib. Özil İngiltərə "Arsenal"ı ilə müqaviləsini pozduqdan sonra İstanbul təmsilçisi ilə rəsmən anlaşıb.
"Burada olduğum üçün xoşbəxtəm. Xəyalım gerçək oldu. İnanıram ki, uğurlu mövsüm keçirəcəyik", - deyə o, vurğulayıb.
Telegram kanalımız