Məsut Özildən koronavirus paylaşımı 

saytların hazırlanması

Evə çatdırılma

Məsut Özildən koronavirus paylaşımı 

İdman

14 Mart 2020 13:37 1129


“Arsenal”ın (İngiltərə) türk əsilli futbolçusu Məsut Özil sosial şəbəkə hesabından koronavirus pandemiyası ilə bağlı paylaşım edib. 

Yenisabah.az xəbər verir ki, yarımmüdafiəçi insanları sözügedən virusdan qorunmağa və ehtiyatlı olmağa çağırıb:

“Bütün zəruri tədbirləri görün. Yüksək risk altında olanlara qarşı diqqətli yanaşın. Bu qlobal xəstəlikdir. Özünüzü qoruyun. Ən önəmlisi, bu virusun qarşısının alınması üçün çalışan həkimlərə, alimlərə təşəkkür etməyə borcluyuq”. Sezar pizza

Qeyd edək ki, İngiltərə Premyer Liqası koronavirus səbəbi ilə aprelin 4-ə qədər təxirə salınıb. Ölkə mediasında bu müddətin uzadılacağı və ya liqanın vaxtından əvvəl dayandırılacağı ilə bağlı iddialar yayılıb.

Xatırladaq ki, London təmsilçisinin baş məşqçisi Mikel Arteta da koronavirusa yoluxub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!