Mətanət Əsədova: Sizi müğənni kimi tanıyıram, təlxək kimi yox   - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Mətanət Əsədova: Sizi müğənni kimi tanıyıram, təlxək kimi yox - VİDEO

Şou

31 Yanvar 2025 13:56 651


ARB TV-nin “Özəl” verlişində qonaq olan müğənni Mətanət Əsədova həmkarlarını sərt şəkildə qınayıb.

Yenisabah.az xəbər verir ki, o, aparıcının "Tez-tez sosial platformalarda sənin dublyajını görürəm, sənin səsinlə səhnələr qururlar və televiziya verilişlərindən çıxışların paylaşılır, buna necə reaksiya verirsən?" sualına belə cavab verib:

“Aləm dəyib bir-birinə! Fikirləşirəm ki, mən onların ana xəttiyəm. Mən olmasam neyləyə bilərlər? Mən sizi müğənni kimi tanıyıram, təlxək kimi yox. Məni görəndə min dillə, min hərəkətlə rəftar edirsiz. Bacarırsınızsa mənim kimi oxuyun, sənət göstərin, təlxəklik etməyin! Sizə səslənirəm, başqa işiniz yoxdur, nə istəyirsiz? Mənim hesabıma pul qazanırsınız. Sizin yadda qalan bir mahnınız yoxur ki, onu oxuyum. Özünüzə fikir verin”.  pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!