Əməkdar artist Mətanət İsgəndərli Qarabağ müharibəsində vuruşan əsgərlərin toyunda təmənnasız oxuyacağını açıqlayıb.
Yenisabah.az xəbər verir ki, ATV telekanalında yayımlanan “7 Canlı” proqramının qonağı olan sənətçi bu barədə danışıb:
"Aldığımız nəfəs, ayaq basdığımız torpağı əsgərlərə borcluyuq. Şəhid ailələrində toy olarsa, hamısına çağırsınlar, gedəcəm. Əsgərlərə söz vermişəm ki, Qarabağ azad edilsin, hamınızın toyunda təmənnasız oxuyacam. Bunu söz olaraq deməmişdim. Gedəcəm və bunla fəxr edəcəm". Toyuqlu pizza
Qeyd edək ki, Əməkdar artist bir müddət əvvəl Türkiyənin İstanbul şəhərində yerləşən “İst-Baku” restoranında konsert proqramı ilə çıxış etmişdi. Azərbaycanın Vətən müharibəsi apardığı bir ərəfədə müğənninin belə bir addım atması hər kəs tərəfindən sərt reaksiya ilə qarşılanaraq tənqid atəşinə tutulmuşdu.
Telegram kanalımız