Mətanət keçmiş gəlinini rüsvay etdi: “Gecə biz evdən çıxan kimi...”  - ŞOK İTTİHAM 

Mətanət keçmiş gəlinini rüsvay etdi: “Gecə biz evdən çıxan kimi...” - ŞOK İTTİHAM 

Şou Veb saytların hazırlanması

09 Dekabr 2023 10:24 7496


Əməkdar artist Mətanət İsgəndərli artıq bir neçə ildir qalmaqal yaşadığı keçmiş gəlinini rüsvay edib. 

Yenisabah.az xəbər verir ki, verilişlərin birində qonaq olan sənətçi eks gəlini haqda bir sıra iddialar səsləndirib: 

“Rəhmətlik atam deyirdi ki, ay bala, siz evdən gedən kimi bu da çıxıb gedir. Hər şey pandemiyada üzə çıxdı. Biz evdə olmamışıq, o da evdə tapılmayıb. Atam deyirdi ki, gecə siz evdən çıxan kimi bu da çıxır, siz gələnə yaxın qayıdır. Mən də ona inanmırdım, deyirdim ki, qoca kişidir, fikir verməyim, gecə vaxtı gəlin hara gedə bilər? Bu adam evdə tapılmayıb, hər şeyi atıb qulluqçunun üstünə, gedib. Pandemiyada oğlumla dava etməyə başladılar. Çünki oğlum evdə olurdu, soruşurdu ki, hara gedirsən? Bu da deyirdi ki, sənə nə var?! Əcəb edirəm, sən kimsən?! Bütün səsləri məndə var. Nə ailə? Ailə nədir? Deyirdi ki, sən get özün üçün yaşa, mən də öz həyatımı yaşayım. 

Atdığı bütün şər-böhtana görə mən onu məhkəməyə verəcəyəm! Mənim ailəmə, nüfuzuma xələl gətirir. Cəhənnəm olsun mənim nüfuzum! Ailəmdən, balalarımdan, gəlinimdən əl çək!” 

Həmin kadrları təqdim edirik: 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!