"Kim onu necə tanıyır, tanısın. Mənim üçün ölümə də gedər. Çox yaxşı qızdır"
"Yeni Sabah" xəbər verir ki, bu sözləri ARB TV-nin “Kim var,kim yox” verilişində qonaq olan müğənni Manaf Ağayev həmkarı Mətanət Əsədova haqda deyib.
Müğənni bu fikirləri aparıcının "şou-biznesdə ən güvəndiyiniz 3 nəfərin adını çəkin" sualını cavablandırarkən bildirib: Pepperoni pizza
“Var, niyə yoxdur? Düzdür, azdır. Heç kimin mənim qədər dostu ola bilməz. Amma şou-biznesdə çox azdır. 8-9 nəfərdir. Birinci Nüşabə Ələsgərli, ikinci Vasif Məhərrəmli, daha sonra Ədalət Şükürov, Nadir Qafarzadə, İzzət Bağırov, Nazpəri Dostəliyevadır. Bunlara mən çox güvənirəm. Deyərəm evindən çıx, çıxar. Yəni belə güvənirəm, bəlkə də yalnışam. Amma bir neçə dəfə sınaqlardan keçiblər. Mətanət Əsədova mənə ürəyini də verər. Kim onu necə tanıyır tanısın, mənim üçün ölümə də gedər. Çox yaxşı qızıdır”.
Telegram kanalımız