Parisdə (Fransa) yaşayan bir qadının mətbəxindən asılmış tablonun məşhur florensiyalı rəssam Çimabuenin əsəri olduğu üzə çıxıb.
“Yeni Sabah” xarici mətbuata istinadən xəbər verir ki, tablonun dəyəri 6 milyon avro (11 milyon manat) təsbit edilib.
Tablonun 13-cü əsrdə Çimabuenin çəkdiyi əsərlərindən biri olduğu deyilir. Əsərin 13-cü əsrə aid olmasını laboratoriya analizi də təsdiq edib. Marqarita pizza
Qadın illərdir mətbəxindən asdığı tablonun dəyərini öyrənmək üçün mütəxəssislərə müraciət edəndən sonra əsərin həm müəllifi, həm də qiyməti məlum olub.
Qadının tablonu gələn ay hərracda satışa çıxaracağı bildirilir.



Telegram kanalımız