Mətbuat Şurasının icraçı katibi istefa verdi

saytların hazırlanması

Evə çatdırılma

Mətbuat Şurasının icraçı katibi istefa verdi

Maraqlı

22 Sentyabr 2022 11:22 1104


Azərbaycan Mətbuat Şurasının İcraçı katibi Şəmsəddin Əliyev vəzifəsindən istefa verib.

Yenisabah.az xəbər verir ki, bu barədə Ş.Əliyev özü məlumat verib:

“4 ildir ki, Azərbaycan Mətbuat Şurasının İcraçı katibi vəzifəsində çalışıram. Bacardığım qədər üzərimə düşən vəzifə funksiyalarını ümumi marağa uyğun həyata keçirməyə çalışmışam. pizza

Zamanında səs-küylü məhkəmələrdə MŞ-nı tək təmsil etmişəm.Həmin məhkəmə proseslərindən artıq çox vaxt ötüb.Məhkəmə iclaslarında çəkişdiyim jurnalistlərlə artıq dostluq şəraitindəyik.Keçmiş unudulub."Reket"və "Qara siyahı" da unudulub,arxivə atılıb.

Bu illər ərzində Media sahəsində ictimai nüfuza malik,peşəkar qələm sahibləri ilə tanışlığımı yüksək dəyərləndirirəm.

Əslində,həqiqəti yazan qələm sahibi ədalətli araşdırma və tədqiqatına görə elə dövlət məmurudur.Baş yazarları da həmişə yüksək çinli məmurlara bərabər tutmuşam.Və çalışdığım bu müddət ərzində; "Qələm düz olduğuna görə ancaq düzünü yazmalıdır",-fikrinə üstünlük vermişəm.

Azərbaycanda belə,peşəkar jurnalistlərimiz çoxdur,çox!

Onların qayğısına qalmaq lazımdır!

Azərbaycan Mətbuat Şurasının VIII qurultayının vaxtı çatdı.Ali orqan-qurultay 24 sentyabr saat 10:00 da,Beynəlxalq Muğam Mərkəzində öz işinə başlayacaq.

Qurultay nümayəndələrinə və seçilən yeni heyətə yeni uğurlar arzulayıram.

Mən isə MŞ-nın İcraçı katibi vəzifəsindən istefa verirəm.

Amma MŞ-nın yeni İdarə Heyətinin tərkibində olmağım üçün namizədliyimi irəli sürən və məni seçəcək jurnalistlərə öncədən minnətdarlığımı və təşəkkürlərimi bildirirəm.

4 il yanınızda oldum.Siz də, 24 sentyabrda yanımda olun”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!