"Yazınızda təhqir elementləri var idi. Bir neçə tanınmış imzanın şərəf və ləyaqətini alçaltmaq etik deyil. Jurnalist məhkəmə prosesi və elan olunan qərarı yazıb, bəziləri də qərardan sonra atılması mümkün addımları şərh edib. Bu da sizin deputat statusunuzla bağlı məsələlərdir".
Yenisabah.az xəbər verir ki, bu sözləri Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Niyaz Niftiyev Milli Məclisin deputatı Cavanşir Feyziyevin jurnalistləri hədəf alan açıqlamasına münasibət bildirərkən yazıb. N.Niftiyev daha sonra qeyd edib:
"Bu açıqlamanız isə yanğına koruklə getməyə bənzədi. Axı siz həm də heç vaxt iclaslarına qatılmadığıniz Mətbuat Şurası İdarə Heyətinin uzvusunuz. Yəni mətbuatın yanında olmalı idiniz". pizza hut
Telegram kanalımız