Metro 24 saatlıq rejimə keçəcək? -   RƏSMİ CAVAB

saytların hazırlanması

Evə çatdırılma

Metro 24 saatlıq rejimə keçəcək? - RƏSMİ CAVAB

Sosial

11 Avqust 2025 14:23 281


""Əlçətan Metro" xidməti təkmilləşdirilir, 24 saatlıq iş rejimi mümkün deyil".

Yenisabah.az xəbər verir ki, bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq Bakı Metropolitenindən bildirilib.

Qeyd olunub ki, əlilliyi olan şəxslərin metrodan rahat və təhlükəsiz istifadə etməsi üçün "Əlçətan Metro" xidməti fəaliyyət göstərir. Dördpendirli pizza

Qurumdan verilən məlumata görə, bu xidmətin təkmilləşdirilməsi istiqamətində yeniliklərin tətbiqi ilə bağlı işlər davam etdirilir:

"Metropolitenin 24 saatlıq fəaliyyət rejiminə keçidi məsələsinə də aydınlıq gətirilib. Qeyd olunub ki, metro stansiyalarının iş saatları mövcud texniki və əməliyyat qaydalarına uyğun müəyyən edilir. Gecə saatlarında tunellərdə texniki baxış, qulluq və təmir işləri aparıldığı üçün metro fəaliyyətinin sutkalıq rejimə keçməsi mümkün deyil".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!