Bakı metrosunda qatarlar gecikib - Səbəb?

saytların hazırlanması

Evə çatdırılma

Bakı metrosunda qatarlar gecikib - Səbəb?

Sosial

26 İyul 2019 09:37 1197


Bakı metrosunda qatarların gecikməsi ilə bağlı sosial şəbəkədə məlumat yayılıb. 

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov "Yeni Sabah"a məlumatı təsdiqləyib. 

O bildirib ki, saat təxminən 10:35-də Qara Qarayev stansiyasında qatarda texniki nasazlıq olub, maşinist bu barədə məlumat verib: Dördpendirli pizza

“Həmin qatardan sərnişinlər düşürülüb və qatar depoya yola salınıb. Qaydalara görə sərnişinlər düşürülməlidir. Məhz ikinci qatara görə sərnişinlər düşürülüb. Amma köməkçi qatara ehtiyac yaranmayıb. Nasaz qatar xətti sərbəst şəkildə tərk edib. Onun yerinə xəttə başqa qatar verilib. Eyni zamanda köməkçi qatar da xətdə öz qrafiki ilə fəaliyyətini davam etdirib. Təxminən 2 qatar arasında 11 dəqiqə interval fərqi yaranıb”. 

Elnarə İlham 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!