Metro və avtobuslarla bağlı ŞAD XƏBƏR: Bundan sonra ödənişlər…

saytların hazırlanması

Evə çatdırılma

Metro və avtobuslarla bağlı ŞAD XƏBƏR: Bundan sonra ödənişlər…

Sosial

10 May 2025 11:10 7557


Bir sıra ölkələrdə ictimai nəqliyyat vasitələrində rəqəmsal ödəniş sistemlərinin tətbiqi mümkündür. Yəni sərnişinlər əlavə kart və ya vəsait daşımağa ehtiyac olmadan, birbaşa bank kartı ilə ödəniş edə bilirlər. Azərbaycanda da vaxtaşarı bu məsələ müzakirə edilir.

 Vətəndaşlar ictimai nəqliyyat vasitələrində gedişhaqqı üçün bank kartlarından nə zaman istifadə edə biləcəklər?

 “Yeni Sabah” xəbər verir ki, globalinfo.az-a danışan iqtisadçı Xalid Kərimli bunun mümkün olduğunu deyib: Pepperoni pizza

 "Azərbaycanda bank sistemi buna hazırdır və texnologiya da mövcuddur. Sadəcə, müvafiq qurumlar - "Bakı Metropoliteni" QSC, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) bununla bağlı tənzimləmə işləri aparmalıdırlar. Azərbaycan Dəmir Yollarında (ADY) ödəniş plastik kartlarla həyata keçirilir. Onlar reallaşdıra biliblərsə, deməli, ölkənin maliyyə sistemi buna imkan verir. Bir az investisiya qoymaq lazımdır".

 Nəqliyyat eksperti Yasin Mustafayev bildirib ki, bu üsul həm daşıyıcılara, həm də sərnişinlərə sərf edir:

 "Artıq bu istiqamətdə müvafiq tədbirlər görülür. AYNA tərəfindən bank kartları ilə ödənişə imkan verən sistem üzərində iş aparılır. Yəqin ki, yaxın vaxtlarda tətbiq ediləcək. Nağd ödənişlərin maksimum məhdudlaşdırılması istiqamətində addımlar atılır".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • RAHİM
    AYNANIN YARITMAZ FƏALİYYƏTİ UCBATINDAN SUMQAYITDA KARTLA ÖDƏMƏ LƏĞV EDİLIB. AVTO VAĞZALDS. ÖZBAŞINALIQ HÖKM SÜRÜR.
    12 months ago