Metroda düyməni basanlar cərimələnəcək - AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Metroda düyməni basanlar cərimələnəcək - AÇIQLAMA

Sosial

22 Aprel 2025 16:53 294


Metro gündəlik olaraq bir çoxumuzun istifadə etdiyi nəqliyyat vasitəsidir. Metroda olan düyməni isə bəzən sərnişinlər sıxlıq səbəbindən, bəzən də qəsdən basırlar.

Yenisabah.az xəbər verir ki, sosial şəbəkələrdə Bakı metrosunda sərnişinlərdən birinin lüzumsuz səbəblə "sərnişin-maşinist" rabitəsindən istifadə etməsi ilə bağlı görüntülər paylaşılıb.

Sərnişin düyməni sıxaraq "bu düyməni basmağın cəriməsi nə qədərdir?" deyə soruşur. Marqarita pizza

Sual qarşısında nə deyəcəyini bilməyən maşinist "cəriməsi var" deyərək cavab verir.

Bəs düyməni boş yerə basmağın cəriməsi nə qədərdir?

Məsələ ilə bağlı Bakı Metropolitenindən Milli.Az-a bildirib ki, bu kimi hallar yolverilməzdir. Maşinistin diqqətinin dağılması qəzaya səbəb ola bilər.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 306-cı maddəsi ilə sərnişin bu addımına görə 200 manat məbləğində cərimə edilə bilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!