Metroda gediş haqqı bahalaşacaq?   - Rəsmi açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Metroda gediş haqqı bahalaşacaq? - Rəsmi açıqlama

Sosial

09 May 2020 21:50 2626


"Metroda gediş haqqının artırılması aktual deyil”.

Yenisabah.az xəbər verir ki, bunu "Bakı Metropoliteni”nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. Onun sözlərinə görə, hazırda sərnişinlərin metrodan az istifadə etməsi daha məqsədəuyğundur: 

"Biz hazırda sərnişinlərə müraciət edirik ki, imkan daxilində metrodan az istifadə edin. Belə çıxır, biz sərnişinlərə qiymət artırmaq üçün müraciət edirik? Xeyr, bizim müraciətimizin əsas səbəbi sosial məsafəni saxlamaqla bağlıdır. Belə bir məsələ gündəmdə deyil”. Dördpendirli pizza

Bəxtiyar Məmmədov bildirib ki, metro haqqında hər hansı fikir bildirməzdən əvvəl onun infrastrukturunu bilmək lazımdır.   /Qaynarinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!