“Karantindən öncə iş günlərində bir gün ərzində 800 min, şənbə günləri 600 min, bazar günü 450 min sərnişin daşınıb”.
Yenisabah.az bildirir ki, bunu “Bakı Metropoliteni”nin sədri Zaur Hüseynov deyib.
O bildirib ki, il ərzində orta hesabla bir gün ərzində 650 min sərnişin daşınırdı: “Lakin yanvarda 39 milyon sərnişin daşınmaqla statistikada artım qeydə alınıb. Mart ayında isə daşınmalar azalıb, ümumi 12 milyon sərnişin daşınıb”. pizza hut
Sədr maska məsələsinə də aydınlıq gətirib: “Metropoliten stansiyalarında maska taxmayan şəxslərlə bağlı cərimə mexanizmini metroda fəaliyyət göstərən polis şöbəsinin əməkdaşları təmin edəcək”.
Telegram kanalımız