Sosial şəbəkədə yerimə məhdudiyyətli bir xanıma “Koroğlu” metro stansiyasında pilləkənlərdən enməsi ilə bağlı vətəndaşlar tərəfindən yardım göstərildiyi şəkillər paylaşılıb. Bu metropolitenin məhdudiyyətli şəxslərlə bağlı tədbirlər almadığı düşüncəsini ortaya çıxarıb.
Lakin "Bakı Metropoliteni" QSC mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov “Yeni Sabah”a açıqlamasında məhdudiyyətli şəxslər üçün xidmətin mövcud olduğunu bildirir.
Onun sözlərinə görə, xidmət fəaliyətə başladıqdan sonra bilgiləndirmə məqsədli videolar və elanlar da paylaşılıb: “Bizdə əlillərlə bağlı xüsusi xidmət fəaliyyət göstərir. Həmin sərnişinlər istənilən vaxt buna müraciət edə bilər. Təkcə əlil arabası ilə bağlı deyil, eyni zamanda metropolitendən düşüb-qalxmaq, ekskalatordan, pilləkəndən istifadə etməyində problem oduqda da müraciət etmək olar. Fərqi yoxdur ki, bu müvəqqətidir, yaxud daimi. Xidmət deyilən vaxtda həmin stansiyanın qarşısında onu qarşılayır və lazım olan mənzilə qədər müşayiət edir”. Sezar pizza
O xatırladıb ki, xidmətdə üçün heç bir ödəniş tələb olunmur.
“10 nəfərdən ibarət olan xüsusi personal bu işlə məşğul olur. Sifariş telefon, mobil tətbiq və internet vasitəsi ilə həyata keçirilə bilər. Müraciət qeydiyyata alındıqdan sonra sərnişinlə əlaqə saxlanılır”.
Mətbuat katibi bildirib ki, postsovet məkanı və bir çox Avropa şəhərində də bu təcrübədən istifadə olunur: “Bu layihə daim təkmilləşdirilir. Biz dünya təcrübəsini də öyrənmişik. Dünyada mövcud olan texnoloji inkişafın hamısı öyrənilib. Sadəcə olaraq, biz o xidmətlərin ən təkmil formasını istifadə etmişik. Bu sistem zamanla daha da inkişaf etdiriləcək”.
Bildirək ki, metropoliten işçilərinin köməyindən yararlanmaq istəyən yuxarıda qeyd edilən şəxslər ən azı 1 (bir) saat, ən çoxu 24 (iyirmi dörd) saat əvvəlcədən metropoliten üzrə növbətçiyə +994 50 268 00 65 nömrəli telefona zəng etməklə, mesaj göndərməklə və ya https://play.google.com/store/apps/details?id=az.besmobile.metro linkdə qeyd edilən mobil aplikasiya vasitəsilə xidməti sifariş edə bilərlər. Sifarişdə hər hansı dəyişiklik və ya ondan imtina barədə məlumat ən azı 20 dəqiqə əvvəl verilməlidir.
Bu xidmət sərnişin axınının gur vaxtı səhər saat 07:00-dan 09:30-dək və axşam saat 17:30–dan 19:30–dək olan müddət ərzində həyata keçirilmir.
Elnarə İlham


Telegram kanalımız