Metroda qiymətlər artırılır? – RƏSMİ AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Metroda qiymətlər artırılır? – RƏSMİ AÇIQLAMA

Sosial

29 Avqust 2025 15:06 11361


"Bakı Metropoliteni" QSC-nin gediş haqqı tariflərinin tənzimlənməsi ilə bağlı hər hansı bir səlahiyyəti yoxdur.

"Yeni Sabah" APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni”nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov deyib.

“Hazırda Metropolitendə tariflərin tənzimlənməsi ilə bağlı hansısa məlumat yoxdur”, - deyə o əlavə edib. Dördpendirli pizza

“Bakı Metropoliteni” QSC sədrinin müşaviri Emil Əhmədov isə jurnalistlərə bildirib ki, dünyada metro sistemlərində məsafədən asılı olaraq fərqli tarif modelləri tətbiq olunur:

“Bir çox ölkələrdə sərnişinlər qət edilən məsafəyə uyğun olaraq ödəniş edirlər. Azərbaycanda da bu istiqamətdə müəyyən müzakirələr aparılır”.

E. Əhmədov qeyd edib ki, sosial qruplara münasibətdə də xüsusi yanaşmalar nəzərdə tutulur:

“Tələbələr, sosial yardıma ehtiyacı olan insanlar və digər həssas qruplar üçün ayrıca güzəştli şərtlərin tətbiqi imkanları müzakirə mövzusudur. Aylıq kartlar, birdəfəlik gediş kartları və digər alternativ yanaşmalar nəzərdən keçirilir”.

O əlavə edib ki, hələlik yekun qərar qəbul olunmayıb:

“Bu istiqamətdə daim müzakirələr aparılır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • ROVSHAN
    Hal hazirda metroda olan qiymet 40 qepiye deyer hem servise gore hem stansiyalarin sayina gore yeni bir soznen her bir xidmetine qiymeti budur.
    8 months ago
  • Suleyman
    Salam. Səbəb nədir? Heçbir dəyişiklik olmursa niyə də? Sosial alan var almıyan var nəyinən əksikik ki? 28may metrosu qirişi çıxışı adam sıxlıgı, vaqonların geç gəlməsi yayda isdi vaqonlar köhnə qışda çox isdi vaqonlar içərisi iydən durmag olmur Vaqonlar axşam saat 10dan sonra geç gəlməsi beyəm onda adamlar olmur ki?
    9 months ago