İyunun 2-də Bakı Metropolitenində baş verən ölüm hadisəsi hər kəsi məyus etdi. Ancaq burada maraqlı bir məqam var. Analoji hadisələr zamanı təqsirkarın kim olduğu və məsuliyyətin kimin üzərində qaldığı barədə suallar müzakirələrə səbəb olub.
Məsələ ilə bağlı hüquqşünas Turan Abdullazadə “Yeni Sabah”a açıqlama verib:
“Sualızına cavab olaraq bildirirəm ki, şəxs öz səhvi və ehtiyatsızlığı ucbatından dəmir yolu xəttinin üzərinə düşərək həlak olubsa burada heç kim cinayət məsuliyyəti daşımır. Yox əgər onu kimsə bilərəkdən itələyibsə, biz qəsdən adam öldürmədən danışa bilərik. Hər bir halda metrodakı təhlükəsizlik kameralarına baxılan zaman hadisənin mərhumun ehtiyatsızlığından yoxsa qəsdən baş verdiyi müəyyən olunacaq. Metropolitenin işçilərini bu hadisədə günahlandıra bilmərik”. pizza hut
Hüquqşünas bildirib ki, məsələ araşdırılıb yekun rəy veriləndən sonra təqsirli şəxs varsa, öz cəzasını çəkəcək:
“Aydın məsələdir ki, bir - iki mühafizə işçisi yüzlərlə adamın hər birinə şəxsən nəzarət edə bilməz. Üstəlik, hər dəfə qatar gələrkən metropolitendə qatarlardan uzaq dayanmaq, qadağan olunmuş zolağı keçməmək barədə səsli xəbərdarlıq olunur. Hər bir halda ölüm faktı ilə bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır. Həqiuqəti istintaq orqanları üzə çıxaracaq. Araşdırma nəticəsində təqsirli şəxslər müəyyən edilərsə, mütləq məsuliyyətə cəlb olunacaqlar”.
Aytac Şahin
Telegram kanalımız