Metrodan istifadə edənlərin nəzərinə:   Bu qayda bütün stansiyalarda tətbiq olunacaq

saytların hazırlanması

Evə çatdırılma

Metrodan istifadə edənlərin nəzərinə: Bu qayda bütün stansiyalarda tətbiq olunacaq

Sosial

04 Noyabr 2025 16:23 232


“AZCON Holding”in şirkətlərindən olan “Bakı Metropoliteni” QSC rəqəmsal dünyanın tələblərinə keçidə uyğun olaraq daha bir yenilik edib.

Qurumdan “Yeni Sabah”a verilən məlumata görə, Bakı metrosunda sərnişinlər artıq gedişhaqlarını NFC-ni dəstəkləyən bütün yerli bank kartları, eləcə də “Apple Pay” və “Google Pay” ilə ödəyə biləcəklər.

Paralel olaraq “BakıKart”, “BirBank” və “M10”la ödəniş qüvvədə saxlanılır. pizza mizza

“Bir müddətdir sınaq rejimində tətbiq edilən ödəniş üsulunun artıq metropolitenin bütün stansiyalarında tətbiqinə başlanılıb. Yenilik Bənövşəyi xəttin stansiyalarında uğurla sınaqdan keçirilib. NFC-dən istifadə zamanı bank kartlarında balans olmasa belə, sərnişinlərə birdəfəlik keçid imkanı veriləcək. Lakin balans artırılmasa, kartla ödəniş avtomatik bloklanacaq. Hazırda eyni turniketdən eyni kartla keçid etmək üçün 10 dəqiqə gözləmək lazım olsa da, digər turniketdən gözləmədən eyni kartla ödəniş etmək mümkündür”, - deyə “Bakı Metropoliteni” QSC-nin yaydığı məlumatda bildirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!