Metronun “28 May” stansiyasındakı dəyişiklik barədə AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Metronun “28 May” stansiyasındakı dəyişiklik barədə AÇIQLAMA

Sosial

06 Oktyabr 2025 18:06 367


Metronun "28 May" stansiyasında sərnişinlər üçün nəzərdə tutulan oturacaqlar sökülüb.

Məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, bu addım sərnişin sıxlığı və hərəkət təhlükəsizliyini təmin etmək məqsədilə atılıb:

"28 May" stansiyası sərnişin sıxlığı ilə seçilən stansiyalardan biridir. Bu səbəbdən görülən işlər sərnişinlərin maraqlarına xidmət edir. "28 May"da sərnişinlərin hərəkət təhlükəsizliyini və qatara minib-düşmə rahatlığını təmin etmək məqsədilə platformanın sərnişin axını xüsusi intensiv olan stansiya yolu sahəsində oturacaqlar ləğv edilib. Lakin sərnişinlər stansiyanın orta zalında əyləşə bilərlər". Pepperoni pizza

O, həmçinin vurğulayıb ki, xüsusilə son aylarda "Bakı Metropoliteni"ndə intervallara nəzarət yüksək səviyyədədir:

"Son 6 ay ərzində yalnız bu ay bir dəfə iki qatar arasında interval fərqli olub. Bu da qatarın nasaz vəziyyətdə xətdən çıxarılması ilə bağlı baş verib. Problem ən qısa müddətdə aradan qaldırılıb".

Ətraflı Baku TV-nin süjetində:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!