“Metropark”da bomba həyəcanı - İnsanlar təxliyə edildi

saytların hazırlanması

Evə çatdırılma

“Metropark”da bomba həyəcanı - İnsanlar təxliyə edildi

Hadisə

28 Avqust 2023 19:59 459


“Metropark” ticarət mərkəzinə partlayıcı qoyulması ilə bağlı həyəcan siqnalı verilib.

Yenisabah.az xəbər verir ki, daxil olmuş məlumatla bağlı polis dərhal işə keçib.

Təhlükəsizlik məqsədilə vətəndaşlar binadan təxliyə edilib. pizza hut

Araşdırma zamanı ticarət mərkəzində partlayıcı olması təsdiqini tapmayıb. Yalan məlumat verərək, vətəndaşlara həyəcan yaşadan şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumatı təsdiq ediblər.

Araşdırma davam edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!