Metropolitendən birincilərə bayram sürprizi - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Metropolitendən birincilərə bayram sürprizi - Fotolar

Sosial

16 Sentyabr 2019 12:42 737


Ənənəsinə sadiq qalan "Bakı Metropoliteni" QSC  Bilik günü münasibətilə birinci sinif partası arxasına əyləşən kiçik yaşlı sərnişinlərinə sürpriz edib.

"Yeni Sabah" bildirir ki, bu dəfə təşkil edilən layihənin məzmun və forması tam fərqli olub.

Məktəbin birinci sinfinə qədəm qoyan uşaqlar üçün xüsusi əlamətdar gündə stansiyaların vestibülləri və platformalarında, qatarlarda keçirilən aksiyanın məqsədi daimi metro istifadəçisinə çevrilən azyaşlı məktəbliləri təbrik etmək, onlara dərs ilində uğurlar arzulamaq və kiçik hədiyyələri təqdim etməkdir. pizza mizza

Bu dəfəki aksiya bir çox sosial layihələrin məkanına çevrilmiş “İçərişəhər” stansiyasında keçirilib. İlk dərs günündən sonra stansiyaya daxil olan birinci sinif şagirdləri bir-birindən fərqli sürprizlərlə rastlaşıblar. Müxtəlif nağıl və əsatir qəhrəmanları, o cümlədən uzunayaq, iri oyuncaqlar və s. uşaq qəhrəmanları əyləncəli proqramları ilə stansiya vestibülündə əsl canlanma yaradıblar.

Bundan başqa sehrbaz illüziyaçının şou-proqramı uşaqlara sevincli şən dəqiqələr yaşadıb. Daha sonra tədbir musiqili proqramla, birincilərin görüşünə gələn böyük oyuncaq və tarazlayıcının əyləncələri ilə davam edib. 

Metropoliten işçiləri ilk dərs günü ilə bağlı uşaqların təəssüratlarını soruşub, arzu və diləklərini çatdırıb, tövsiyələrini veriblər. 

Layihəni sərnişinlər rəğbətlə qarşılayaraq, onu təqdirəlayiq aksiya kimi qiymətləndiriblər. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!