“Köhnə qatarlara konstruktiv olaraq kondisioner əlavə olunması mümkün deyil”.
Bunu “Yeni Sabah”a açıqlamasında "Bakı Metropoliteni" QSC mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
O, son günlər yenidən gündəmə gələn kondisionersiz qatarlarla bağlı problemin həlli üçün işlərin getdiyini bildirib:
“Təzə alınan bütün qatarlarda kondisioner var və normal formada fəaliyyət göstərir. Bu yaxınlarda 2 qatarı da xəttə buraxmışıq. Bununla birlikdə 7 yeni qatar fəaliyyət göstərir və yaxın gələcəkdə də 4 qatar da əlavə olunacaq. Köhnə qatarlarda konstruktiv olaraq kondisioner əlavə olunması mümkün deyil. Hər bir vaqonun 31 illik istismar müddəti var. Vaqonlarda hansısa problem olmasa, sıradançıxma halı baş verməsə, vaqonlar istismar müddəti bitənədək fəaliyyət göstərir”.
Elnarə İlham
Telegram kanalımız