Ermənistanda "Metsamor" AES-in fəaliyyəti təmir məqsədi ilə 141 gün müddətinə dayandırılıb.
“Yeni Sabah” xəbər verir ki, bu barədə Ermənistan AES-in rəsmisi Artur Qriqoryan məlumat verib.
O qeyd edib ki, AES-in ikinci enerji blokunun modernləşdirilməsi istiqamətində son vacib işlər görüləcək və proses artıq bu gündən etibarən başlayıb. Marqarita pizza
AES-in modernləşdirilməsi istiqamətində işləri Dövlət Atom Enerji Korporasiyasının "Rosatom" bölməsi həyata keçirəcək. (Axar.az)
Telegram kanalımız