Meydanda ürəyi dayanan futbolçudan XƏBƏR VAR - Həkimindən AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Meydanda ürəyi dayanan futbolçudan XƏBƏR VAR - Həkimindən AÇIQLAMA

İdman

17 İyun 2021 17:44 1169


“EURO 2020”də komandasının Finlandiya ilə oynadığı matç zamanı ürəyi birdən-birə dayanan danimarkalı futbolçu Kristian Eriksenin müalicəsi davam edir.

Yenisabah.az xəbər verir ki, bu barədə Danimarka milli yığmasının həkimi Morten Boesen açıqlama verib.

Həkim 29 yaşlı futbolçuya lazım olduqda qəlbi yenidən işə salan cihaz taxılacağını bildirib. O, implantasiya olunan Kardioverter Defibrilator (ICD) adlanan cihazın ürək ritmindəki problemlər səbəbindən vacib olduğunu vurğulayıb. Marqarita pizza

Qeyd edək ki, Eriksenə futbol meydançasında ilkin tibbi yardımı göstərən alman həkim Cens Kleynfeld Alman mətbuatına açıqlamasında Eriksenin hadisədən 30 saniyə sonra gözlərini açdığını və danışmağa başladığını deyib:

“Çox təəccüblü an idi, çünki normal həyatda belə təcili vəziyyətdə bu cür hadisənin yaşanma ehtimalı çox azdır”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!