“Meydandan çadırlar Lavrova görə yığışdırılır“ - Deputat

saytların hazırlanması

Evə çatdırılma

“Meydandan çadırlar Lavrova görə yığışdırılır“ - Deputat

Rəsmi

06 İyun 2022 14:05 1249


"Lavrov və Volodinin səfərləri ilə əlaqədar Fransa meydanında çadırları yığışdırmaq qərara alınıb".

Yenisabah.az xəbər verir ki, bu barədə “Ermənistan” parlament fraksiyasından olan deputat Aqnessa Xamoyan öz "Facebook" səhifəsində yazıb.

“Hərəkətini müxalifətin gündəminə uyğunlaşdırmaq məcburiyyətində qalan Nikol bu gün üçün nəzərdə tutulan mitinq və yürüşlərin olmadığını görüb, başına “ruh” papağı qoyub və 200-ə yaxın təhlükəsizlik əməkdaşının müşayiəti ilə izdiham küçəyə çıxıb. Sezar pizza

Bu, "Müqavimət Hərəkatı"nın hərəkətlərini “lojistik problemlər” kimi xarakterizə edən, lakin məsələn, Hökumət Evin qarşısına toplaşan bir neçə min nəfərin qarşısına çıxmayan və malikanəsindən xalqa müraciət edən həmin Nikoldur", - deyə müxalif deputat qeyd edib.

"Lavrov və Volodinin səfərləri ilə əlaqədar Fransa meydanında çadırları yığışdırmaq qərarına gəlinib. Nikol, anla ki, Fransa meydanında çadırlar olacaq, ya yox, ölkədə siyasi böhran getdikcə pisləşir, sənin istefan çıxış yolu olacaq”, - deyə deputat əlavə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!