Axşam saatlarında daxil olan təcili məlumat əsasında beyin ölümü keçirmiş şəxsin donor böyrəyi uzun illər dializ müalicəsi alan xəstə İsrafil Məmmədova köçürülüb.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Donor orqanı Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin operativ fəaliyyəti nəticəsində transplantasiya komandasına təqdim edilib. Marqarita pizza
Mərkəzi Klinikanın Transplantasiya şöbəsində transplantoloq-cərrah Tariyel Nadirovun rəhbərlik etdiyi komanda əməliyyatı uğurla həyata keçirib.
Əməliyyatdan bir həftə sonra xəstənin vəziyyəti stabilləşib və o, dializdən azad şəkildə evə buraxılıb.
Aytac Əliyeva
Telegram kanalımız