Meyitdən ürək köçürülən gənc evə buraxıldı

saytların hazırlanması

Evə çatdırılma

Meyitdən ürək köçürülən gənc evə buraxıldı

Sosial

03 Noyabr 2025 18:14 269


Bakıda meyit donordan ürək köçürülən 19 yaşlı Rəşad Məmmədəliyev evə buraxılıb.

Oxu.Az-ın məlumatına görə, 2006-cı il təvəllüdlü gənc pasiyentin səhhəti normallaşdığından o, Mərkəzi Klinikadan köçürülüb. Hazırda onun müalicəsi xüsusi həkim briqadasının nəzarəti altında davam etdirilir.

Xatırladaq ki, oktyabrın 23-də gecə saat 3 radələrində 2006-cı il təvəllüdlü Rəşad Məmmədəliyev Mərkəzi Klinikada əməliyyat olunub. Ona meyitdən donor ürək köçürülüb. Əməliyyat Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiyası Mərkəzinin dəstəyi ilə həyata keçirilib. pizza mizza

Əməliyyat Mərkəzi Klinikanın baş həkimi Kamran Musayevin başçılıq etdiyi həkim briqadası tərəfindən reallaşdırılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!