Meymunçiçəyi sərhədlərimizə çatdı: Türkiyədə də aşkarlandı

saytların hazırlanması

Evə çatdırılma

Meymunçiçəyi sərhədlərimizə çatdı: Türkiyədə də aşkarlandı

Maraqlı

30 İyun 2022 11:07 828


Türkiyənin Səhiyyə naziri Fahrettin Koca “Twitter” hesabında Türkiyədə meymunçiçəyi xəstəliyinin aşkar edildiyini açıqlayıb.

Yenisabah.az xəbər verir ki, səhiyyə naziri 37 yaşlı vətəndaşın virusa yoluxduğunu bildirib:

“Xəstələrimizdən birinə meymunçiçəyi diaqnozu qoyuldu. Xəstənin 37 yaşı var, immun sistemi zəifdir. O, təcrid olunub. Məlum olduğu kimi, bu xəstəlik tənəffüs yolu ilə deyil, yaxın fiziki təmasla keçir”. Toyuqlu pizza

Ümumilikdə xəstəlik Afrikanın mərkəzi və qərb bölgələrində təsbit edilsə də may ayından etibarən onlarla ölkədə, xüsusilə Avropa ölkələrində aşkar edilən meymunçiçəyi ilk dəfə 1970-ci illərdə Konqo Demokratik Respublikasında insanlara yoluxub.

Meymunçiçəyi virusu bədənin müxtəlif yerlərində simptomlarla özünü göstərir. İlk aşkar edilən əlamətlər arasında yüksək hərarət, baş ağrısı, bel ağrısı, əzələ ağrısı və şişkinlik ön plana çıxır.

Qızdırma yüksəldikcə bədəndə səpki və qaşınma əmələ gəlməyə başlayır. Bu, adətən üzdən başlayır  sonra bədənin digər hissələrinə yayılır.  Çox vaxt ovuclarda və ayaq altlarında da suluq olur. Qaşınma isə son dərəcə narahat və ya ağrılı ola bilir.

Mütəxəssislər bu infeksiyanın 14-21 gün davam edə biləcəyini bildirirlər.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!