“Meymunçiçəyi”nin iqtisadiyyata təsiri: Ciblər yenə boşalacaq

saytların hazırlanması

Evə çatdırılma

“Meymunçiçəyi”nin iqtisadiyyata təsiri: Ciblər yenə boşalacaq

İqtisadiyyat

20 Avqust 2024 17:02 766


Dünya iqtisadiyyatı yeni təhlükə ilə üz-üzə qala bilər. Söhbət Ümumdünya Səhiyyə Təşkilatı (ÜST tərəfindən fövqəladə hal adlandırdığı meymunçiçəyindən gedir. Ekspertlər bildirilər ki, epidemiyanın qlobal bazara və xüsusən də dünya   iqtisadiyatına təsiri onun yayılma miqyasından və məhdudlaşdırıcı tədbirlərin tətbiqindən asılı olacaq. Bəs görəsən bu virus geniş yayılacağı halda sosial-iqtisadi baxımdan nə kimi təhlükə yarada bilər?

“Yeni Sabah” gözlənilən ehtimalları araşdırıb:

Ölkələr arasında sərhədlərin bağlanması və ölkə daxilində hərəkət məhdudiyyətləri səbəbindən həm beynəlxalq, həm də daxili turizmdə azalma müşahidə oluna bilər. İşsizliyin artması, nəqliyyatın kəsilməsi, ticarət və səyahətlərin məhdudlaşdırılması gündəlik məhsullara tələbatı kəskin artması yarana biləcək iqtisadi problemler sırasındadır. Bundan başqa virusun yayılması vergi gəlirlərinin azalmasına və xərclərin artmasına gətirib çıxara bilər ki, vergi sistemlərinin təkmilləşdirilməsinə ehtiyacı olan aşağı-orta gəlirli ölkələrdə fiskal stressə səbəb ola bilər. Beləliklə, virus ölkələrə qısamüddətli maliyyə və uzunmüddətli iqtisadi təsir göstərə bilər. Müəssisələrin fəaliyyətinin o cümlədən nəqliyyatın məhdudlaşdırılması  neft və neft məhsullarına tələbatı əhəmiyyətli dərəcədə azalda bilər. Dördpendirli pizza

Virusun qarşısını almaq üçün bütün səylər dünya iqtisadiyyata əhəmiyyətli dərəcədə böyük resurslar bahasına başa gələ bilər. Dövlət büdcəsinə mənfi təsir göstərən COVID-19 pandemiyasından əldə edilən təcrübələri götürərək, meymunçiçəyi epidemiyası onun qarşısını almaq üçün adekvat və vaxtında tədbirlər görülməzsə, mənfi nəticələr yarada bilər. Meymunçiçəyi  iqtisadiyyatların bağlanmasına səbəb ola bilər və təsirə məruz qalan ölkələr arasında kredit imkanlarını azalda bilər ki, bu da yerli valyutaların dəyərini aşağı sala bilər və dollarla ifadə olunan borcun qaytarılmasını çətinləşdirər Hökumətlər həmçinin işsizlərin və yoxsul şəxslərin sosial müdafiəsinə ayrılan xərclərin artması və vergi gəlirlərinin azalması səbəbindən büdcə kəsirləri ilə üzləşə bilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!