Meyvə-tərəvəzlə bağlı narahatlıq:   AQTA məsələni nəzarətə götürdü

saytların hazırlanması

Evə çatdırılma

Meyvə-tərəvəzlə bağlı narahatlıq: AQTA məsələni nəzarətə götürdü

Sosial

10 İyul 2025 13:54 802


Yay aylarında xüsusilə çox istehlak olunan yemiş və qarpızın sağlamlığa təsiri ilə bağlı narahatedici bir xəbər yayılıb.

Hər il olduğu kimi, bu il də meyvə-tərəvəzlərin tərkibindəki nitrat miqdarı cəmiyyətin diqqət mərkəzindədir. Lakin terapevt və psixoloji mütəxəssis Aysel Qasımovanın paytaxt supermarketlərindən birində satılan yemişlə bağlı paylaşdığı görüntü vəziyyətin düşündüyümüzdən daha təhlükəli ola biləcəyini ortaya qoyub.

Mütəxəssisin sosial şəbəkədə yayımladığı məlumata görə, bəzi meyvələrin tərkibində insan sağlamlığı üçün icazə verilən həddən dəfələrlə artıq nitrat müəyyən olunub. Bu isə xüsusilə hamilə qadınlar, azyaşlı uşaqlar və zəif immun sisteminə sahib şəxslər üçün ciddi risk yaradır. Dördpendirli pizza

Yenisabah.az məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə sorğu göndərib. 

Qurum məsələyə operativ yanaşdığını və lazimi tədbirlərin görüləcəyini bildirib:

"Qeyd etdiyiniz məsələ nəzarətə götürülüb. Məsələ araşdırıldıqdan sonra qanunvericiliyə uyğun müvafiq tədbirlər görüləcək".

Aydan Hacı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!