Uzunömürlülüyü və Osmanlı İmperiyasının simvolu olması ilə tanınan çinarın yarpaqlarının anti-mikrob xüsusiyyətinə malik olduğu müəyyən edilib.
Yenisabah.az xəbər verir ki, türkiyəli araşdırmaçılar çinar yarpağını araşdırıb. Araşdırmada onların hərbi sahədə istifadə oluna biləcəyi aşkarlanıb.
Adnan Menderes Universitetinin əməkdaşı Hakan Baş deyib: pizza
"Son elmi araşdırmalar çoxəsrlik çinarların yarpaqlarının əhəmiyyətli anti-mikrobxüsusiyyətlərə malik olduğunu ortaya çıxardı. Çinar yarpaqlarında olan flavonoid və fenolik birləşmələr bakterial infeksiyalara qarşı profilaktik təsir göstərir. Xüsusilə, “Staphylococcus aureus” və “Escherichia coli” kimi patogenlərə qarşı yüksək aktivlik nümayiş etdirir.
Bu layihədə çinar yarpaqlarının ekstraktlarından əldə edilən anti-mikrob maddələr başda təhlükəsizlik olmaqla müxtəlif sahələrdə çalışanların xəsarət almalarında yoluxma riskini azaltmaq üçün istifadə olunacaq.
Bundan başqa, bu təbii birləşmələr həm də hərbi texnika və qoruyucu geyimlərdə tətbiq oluna bilər. Hərbi sahədə istifadə üçün inkişaf etdirməyi planlaşdırdığımız bu ixtira ilə yeni bioloji müdafiə strategiyalarında çinar yarpaqlarına olan marağı artıracaq".
Hakan Baş meyvələri olmadığı üçün yalnız kölgəsi və odunu ilə qiymətli görülən çinarların bu araşdırma ilə əhəmiyyətli dərəcədə dəyər qazanacağını ifadə edib:
“Tədqiqat yalnız antimikrobiyal xüsusiyyətlərə diqqət yetirməyib. Çinar yarpaqlarının antioksidan və iltihab əleyhinə təsirləri də araşdırılıb. Bu xüsusiyyətlər hərbi qulluqçuların bu sahədə qarşılaşa biləcəyi müxtəlif sağlamlıq problemlərinə qarşı təbii qorunma təmin edə bilər ”.
Şeyla Səmiyeva
Telegram kanalımız