Meyxanaçı: Heç biri demirdi ki, Rüfətlə toya getmişik

saytların hazırlanması

Evə çatdırılma

Meyxanaçı: Heç biri demirdi ki, Rüfətlə toya getmişik

Şou

22 May 2024 11:56 556


"Ümumiyyətlə, Azərbaycan incəsənətində rəqabət yoxdur, ədavət var". 

Yenisabah.az bizim.media-ya istinadla xəbər verir ki, bunu meyxanaçı Rüfət Nasosnu "El canlı" verilişində deyib. 

O bildirib: "Meyxana aləmində beşlik var. İlk beşlikdə qalmamağımın səbəbi müəyyən məsələlərdir. O zamanlar ilk beşlikdə Rəşad Dağlı, Pərviz Bülbülə, Orxan Lökbatanlı, Vüqar Əbdülov idi... Təkəbbürlü çıxmasın, o siyahıda mən də vardım. Ən azı 3 il sərasər toylara getmişik. Sonra bizlə yanaşı Ələkbər Yasamallı olub. Bunu danmaq olmaz... Belə də olurdu ki, üçümüz bir toya, ikimiz digər toya gedirdik. Amma onlardan heç biri mənim adımı çəkməyib. Heç biri demirdi ki, Rüfətlə toya getmişik. Onun səbəbini bilmirəm".  pizza

Söz xiridarının sözlərinə görə, onun çox sayda dəyişmələrdə iştirak etməməsinin səbəbi təngənəfəsliyidir:  

"Xüsusi dəyişmələrdə mənim iştirak etməməyimin səbəbi orqanizmimdə olan problem idi. Hamı bilirdi ki, mənim nəfəs almağımda problemim var. Məcbur olurdum oturan yerdə deyirdim. Ayaqüstə deyəndə isə nəfəsim çatmırdı, təngənəfəs olurdum. Ev yiyəsinə isə bu kimi şeylər maraqlı deyil. Onu nəticə maraqlandırır. Deyəcək ki, xəstəsən məclisimə gəlmə. Gəlmisənsə, pul vermişəm, meyxananı de. Mən də oturub meyxana deyirdim. Bu isə ev yiyəsi və tamaşaçıda qıcıq yaradırdı". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!