Azərbaycanda FACİƏ: Meyxanaçı və 2 qadın yanaraq öldü - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda FACİƏ: Meyxanaçı və 2 qadın yanaraq öldü - FOTO

Hadisə

22 Oktyabr 2024 11:45 1722


Ötən gecə Ucar rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib. Qəzada həyatını itirən və xəsarət alanların kimliyi müəyyənləşib.

Yenisabah.az "Qafqazinfo"ya istinadən  xəbər verir ki, hadisə saat 23 radələrində Bakı-Qazax yolunun 246-cı kilometrliyində - Alpout kəndinin ərazisində baş verib.

Ucarın Qazıqumlaq kənd sakini 1992-ci il təvəllüdlü Aytən Qüdəssərovanın idarə etdiyi “Peugeot” markalı avtomobili qarşıda gedən “KamAZ”a çırpılıb. Sonradan “Peugeut” markalı avtomobil tamamilə yanıb. pizza

Nəticədə A.Qüdəssərova, sərnişinləri olan Ucar rayon sakinləri 1961-ci il təvəllüdlü Gülsurə Hüseynova və 1986-cı il təvəllüdlü Asim Allahverdiyev hadisə yerində yanaraq ölüb. Digər sərnişin 2007-ci il təvəllüdlü Səma Qüdəssərova xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.

Bildirilir ki, qəzada həyatını itirən Asim Allahverdiyev Ucarda və ətraf rayonlarda meyxanaçı kimi tanınıb və Asim Ucarlı adı ilə fəaliyyət göstərib.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!